Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib

06.08.2020 21:26

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Bu barədə XəzərXəbər Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.

© xezerxeber.az


358 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR