Pensiyalarla bağlı MÜHÜM AÇIQLAMA

04.08.2020 11:28

"Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq”.

XəzərXəbər-in xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrdən biri də sosial müdafiəyə ehtiyacı olan insanların müdafiəsini gücləndirməkdir: "Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək”.

O, Dövlət Sosial Müdafiə Fondunun büdcəsindəki azalmalara da münasibət bildirib: "Bu azalmalara yenidən baxmaq lazımdır. Təbii proseslərlə bağlı gözlənilən azalmaların imkan daxilində nə ilə isə kompensasiya edilməsi doğru olardı”.

© xezerxeber.az


171 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR