190 manat yenidən verilə bilər - AÇIQLAMA

03.08.2020 19:08

İctimai nəqliyyatın fəaliyyəti Operativ Qərargahın alt işçi qrupları ilə müzakirə olunub.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bu məsələ xarici ekspertlərlə də müzakirə olunub. Ekspertlərin yeraltı şəraitində virusun yayılmasını artırdığını qeyd etdiklərini nəzərə alaraq, metronun fəaliyyəti sərt karantin rejimində bərpa olunmur".

O qeyd edib ki, iqtisadi paketlə bağlı təkliflər verilib və yaxın zamanda ictimaiyyətə təqdim olunacaq: "Hazırda 190 manat birdəfəlik müavinətin verilməsi ilə bağlı da müzakirələr davam etdirilir".

© xezerxeber.az


7051 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR