Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Çimərliklərdən istifadə qaydası açıqlandı

03.08.2020 18:08

"Bütün çimərliklərə məsul şəxslər cəlb olunub. Çimərlik operatorları tərəfindən virusun qarşının alınması üçün lazımi tədbirlər həyata keçirəcəklər". 

XəzərXəbər xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

O bildirib ki, bütün çimərliklərdə məlumatverici lövhələr quraşdırılıb: "6 çimərlik hazır vəziyyətdə gətirilib. Yazılı məlumatla yanaşı səs gücləndirici vasitələrlə hər 20 dəqiqədən bir vətəndaşlara müvafiq məlumatlar veriləcək".

Aparat rəhbəri qeyd edib ki, dezinfeksiya işlərininin aparılması və məişət tullantılarının atılması üçün xüsusi qruplar ayrılıb və müvafiq təlimatlar alıblar: "Tibbi maskaların atılması üçün ayrıca konteyner ayrılıb".

© xezerxeber.az

FOTOQALERIYA






202 dəfə oxunub

ÇOX OXUNANLAR