Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bu şəxslərə yenidən 250 manat verilə bilər - Hikmət Hacıyev

03.08.2020 17:58

Dövlətimiz tərəfindən koronavirus pandemiyası başlayandan əhaliyə sosial-iqtisadi yardım göstərilir. Muzdlu işçilərin maaşları dövlət tərəfindən ödənilir, eyni zamanda birdəfəlik müavinət ödənilir.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

"279 114 min vergi ödəyicisi müraciət edib ki, onlardan 28 mininə müvafiq dəstək məbləği ödənilib. Pandemiyadan əziyyət çəkən sahələrə maliyyə dəstəyinin göstərilməsi üçün qərar var və bu barədə məlumat veriləcək. Onlara 250 manat dəstəyin yenidən verilməsi diqqət mərkəzindədir", - deyə Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, dünya üzrə gəlirlərdə 5 faiz itki müşahidə olunması gözlənilir:

"Lakin pandemiyanın doğurduğu çətinliklərə baxmayaraq, ölkəmizdə vəziyyət qənaətbəxşdir"

© xezerxeber.az


181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR