Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Maliyyə yardımı üçün 30 minə yaxın sahibkar müraciət edib

03.08.2020 17:49

"Dövlətimiz tərəfindən koronavirus pandemiyası başlayandan etibarən sosial-iqtisadi yardım paketləri davam etdirilir”.

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Pandemiyadan əziyyət çəkmiş vergi ödəyicilərinə, sahibkarlıq subyektlərinə dəstəyin verilməsi, həmçinin muzdlu işçilərin maaşlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi istiqamətində olan səylər davam etdiriləcək. 28 iyul 2020 tarixinədək maliyyə dəstəyi üçün 272 939 muzdlu işçisi olan 30 minə yaxın vergi ödəyicisi müraciət edib. 24 825 vergi ödəyicisinə müvafiq ödəmələr həyata keçirilib”.

© xezerxeber.az


150 dəfə oxunub

ÇOX OXUNANLAR