MN: Ordumuzun raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir

16.07.2020 15:58

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə təhdidlərinə cavab verib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı xezerxeber.az-a bildirib ki, Mingəçevir Su Anbarının yerləşdiyi ərazinin relyefi, bu tikilidə aparılmış möhkəmləndirmə işləri, həmçinin Hava Hücumundan Müdafiə qoşunlarımızın sərəncamında olan müasir HHM vasitələri strateji obyektimizi vurmağa imkan vermir: "Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun silahlanmasında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”.

© xezerxeber.az

FOTOQALERIYA






199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR