İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır

16.07.2020 15:59

İran dinc yollar çərçivəsində Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazırdır.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində mətbuat konfransında deyib.

A.Musəvinin sözlərinə görə, son günlər Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə İranın Xarici İşlər Nazirliyi bu istiqamətdə fəaliyyətini artırıb. Çünki regionun əlavə qarşıdurmaya dözümü yoxdur.

Musəvi əlavə edib ki, İran iki ölkə arasında qarşıdurma baş verməsinin ardınca, iki tərəfi təmkinli olmağa dəvət edib və gərginliyin azalacağına ümid edir. (Trend)

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR