Elmira Süleymanovaya Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM

16.07.2020 15:30

Prezident İlham Əliyev E.T.Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Xezerxeber.az-ın məlumatına görə, sərəncamla "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alınıb ki, Azərbaycan Respublikasında insan hüquqlarının qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Teymur qızı Süleymanovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

© xezerxeber.az


132 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR