Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müharibə dövrü üçün bütün lazımi tədbirləri görüb

16.07.2020 15:01

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sülh və müharibə dövründə hərbi hissələrin komplektləşdirilməsi ilə məşğuldur. Müharibə dövrü üçün hazırlıq daim aparılır. Ordu sıralarından tərxis edilmiş hərbi vəzifəlilər seçilir, hərbi ixtisasları, təyinatları üzrə komandalara təyin olunur.

Xezerxeber.az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov iyulun 14-də keçirilən mətbuat konfransında bildirib.

A.Rəhimov qeyd edib ki, səfərbərlik zamanı hərbi hissələrdən gələn sifarişlər əsasında şəxsi heyət hazırlanaraq həmin hərbi hissələrə göndərilirlər. Bu gün hərbi hissələr sülh dövrü üçün tam komplektləşdirilib. Müharibə dövrü üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən bütün lazımi tədbirlər görülüb. İstər hərbi hissələrin hərbi vəzifəlilərlə komplektləşdirilməsi, istər nəqliyyat vasitələri ilə təchiz olunması təmin edilib. Əgər zərurət yaranarsa, müvafiq tədbirlər həyata keçiriləcək”, - deyə A.Rəhimov vurğulayıb.

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR