Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Səfərbərlik çağırışı ilə bağlı göndərilən SMS məlumatlar həqiqətə uyğun deyil - RƏSMİ AÇIQLAMA

14.07.2020 17:36

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə əlaqədar SMS göndərilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Xidmətdən xezerxeber.az-a bildiriblər ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı SMS göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyil. Xidmət vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır.

© xezerxeber.az

FOTOQALERIYA






611 dəfə oxunub

ÇOX OXUNANLAR