Ermənilər Tovuzun Dondar Quşçu kəndini topdan atəşə tutub

13.07.2020 18:42

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini D-30 topundan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı xezerxeber.az-a bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.

Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.

© xezerxeber.az


312 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR