Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Mehriban Əliyeva: "Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq"

13.07.2020 16:21

"Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir!".

Xezerxeber.az-ın xəbərinə görə, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün "İnstagram" səhifəsindəki paylaşımında bildirib.

Mehriban Əliyeva qeyd edib ki, düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaq: "Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq! Bizim torpağımız, Vətən uğrunda mübarizəmiz müqəddəsdir! Bizim işimiz haqq işidir və Allah bizimlədir! Düşmənə layiqli cavab verildi və bu, hər zaman belə olacaqdır! Biz daha da güclü olmalıyıq və olacağıq, daha sıx birləşəcəyik! Şəhid analarına və atalarına öz dərin kədərimi və hörmətimi bildirirəm. Bu çətin günlərdə Azərbaycan xalqı sizinlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgərlərimizə tezliklə şəfa versin! Allah Azərbaycanı və xalqımızı qorusun!"

© xezerxeber.az

FOTOQALERIYA






132 dəfə oxunub

ÇOX OXUNANLAR