Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Prezident İlham Əliyev: Azərbaycan Ermənistanın bütün təxribatlarına adekvat cavab verir

13.07.2020 14:32

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Tovuz istiqamətində təxribata əl atmasının səbəblərindən danışıb.

Xezerxeber.az xəbər verir ki, hazırda Ermənistanda hökm sürən hərc-mərcliyin və vəziyyətin böhran həddinə yaxınlaşmasının onları bu çirkin əməllərə sövq etdiyini bildirən dövlətimizin başçısı deyib: "Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan-Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki bu, yalandır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adekvat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür”.

© xezerxeber.az


162 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR