Vaqif Dərgahlı: "Azərbaycan tərəfi ərazi itkisi verməyib"

13.07.2020 13:10

Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib. O qeyd edib ki, iyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edib: "Mülki vətəndaşlar arasında heç bir itki yoxdur. Hal-hazırda Azərbaycan Ordusunun bölmələri qurduqları mövqedədir və düşmənə qarşı cavab tədbirləri həyata keçirir".

© xezerxeber.az


148 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR