MN: Azərbaycana məxsus PUA-nın vurulması barədə yayılan məlumatlar yalandır

13.07.2020 08:17

Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycana məxsus PUA-nın vurulması barədə növbəti dezinformasiya xarakterli məlumat yayılıb.

Bu barədə xezerxeber.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil, Azərbaycan Ordusunun bölmələrinə məxsus PUA-lar tam tərkibdə sıradadır və itki yoxdur.

© xezerxeber.az

FOTOQALERIYA






172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR