Evdə müalicə olunan koronaviruslu xəstələrin sayı açıqlanıb

10.07.2020 17:59

Təxminən iki həftə əvvəl təcili yardım xidmətinin üzərinə düşən yükün azaldılması və onun optimallaşdırılması üçün COVID-19 infeksiyasına yoluxmuş xəstələrin ev şəraitində müşahidəsi, yüngül əlamətləri olanların isə müalicəsi ilə əlaqədar məsələ müzakirə olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.

Aparat rəhbəri bildirib ki, hazırda bu işin təkmilləşdirilməsi üçün Bakı şəhərində 87 poliklinika əsasında 39 xüsusi məntəqə yaradılıb və həmin məntəqələrə gün ərzində 700-800 müraciət daxil olur: "Əvvəllər həmin müraciətlərin çoxu təcili tibbi yardıma ünvanlandığına görə xeyli sıxlıq yaranırdı. İndi kəskin hallar istisna olmaqla müraciətlərin təcili yardıma deyil, poliklinikalara edilməsi bu sahədə vəziyyətin dəyişməsinə səbəb olub. Güman edirəm ki, müəyyən vaxtdan sonra təcili yardımın gecikməsi halları ilə üzləşməyəcəyik”.
Səhiyyə Nazirliyi Aparatının rəhbəri onu da deyib ki, Bakıda 10202 nəfər ev şəraitində müalicə alır: "Onların içərisində simtomsuz, yüngül və testi neqativ nəticə verən insanlar da var. Bu qaydanın regionlarda tətbiqinə isə hələ ehtiyac yoxdur”.

© xezerxeber.az

FOTOQALERIYA






289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR