Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Hikmət Hacıyev: Azərbaycan Prezidentinin təşəbbüsü qlobal həmrəyliyə öz töhfəsini verəcək

10.07.2020 17:54

Hesab edirik ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi sessiyasının çağırılması təşəbbüsü dünya ölkələrinin səylərinin səfərbər edilməsinə və qlobal həmrəyliyə öz töhfəsini verəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Azərbaycanın xarici ölkələrlə əməkdaşlığından danışan Prezidentin köməkçisi deyib: "Məhz bu tərəfdaşlığın nəticəsidir ki, fikir və təcrübə mübadilələrinin aparılması üçün bir sıra ölkələrdən, o cümlədən Türkiyədən, Rusiyadan Azərbaycana müxtəlif həkim briqadaları gəliblər. Həkimlər və tibbi heyət, eyni zamanda, epidemioloji siyasətin həyata keçirilməsinə məsul mütəxəssislər də ölkəmizə təşrif buyurublar və onlar azərbaycanlı həmkarları və Operativ Qərargahla fikir mübadiləsi aparırlar. Qeyd edilməlidir ki, Azərbaycan tərəfinin bu günə qədər həyata keçirdiyi bütün tədbirlər xaricdən olan mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir”.

© xezerxeber.az


277 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR