190 manat birdəfəlik ödəmə veriləcək şəhər və rayonların sayı artırılıb

08.07.2020 18:22

Nazirlər Kabineti "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” qərarında dəyişiklik edib.

Xezerxeber.az-ın məlumatına görə, qərara əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, bundan öncə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdu.

© xezerxeber.az


321 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR