Azərbaycanda koronavirusa daha 513 yoluxma faktı qeydə alınıb

06.07.2020 17:31

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib. Aktiv xəstə sayı 8397 nəfərdir.

Ötən müddət ərzində 522 min 773 test aparılıb. Bugünkü test sayı isə 6240-dır.

© xezerxeber.az

FOTOQALERIYA






326 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR