Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib

04.07.2020 15:31

Xarici İşlər Nazirliyi ABŞ-ı 4 iyul Müstəqillik günü münasibətilə təbrik edib.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yazılıb.

Təbrikdə deyilir: "Biz ABŞ-ı 4 iyul Müstəqillik günü münasibətilə ürəkdən təbrik edirik. Son 30 il ərzində Azərbaycan və ABŞ uğurlu əməkdaşlıq əlaqələri birləşdirib. Bu əlamətdar gündə biz dost Amerika xalqına möhkəm sağlamlıq və rifah arzu edirik".

© xezerxeber.az


148 dəfə oxunub

ÇOX OXUNANLAR