“Bakı Metropoliteni”: 4 iyul saat 00:00-dan metroda sərnişindaşıma fəaliyyəti dayandırılır

03.07.2020 18:19

Bakı Metropolitenində 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bu barədə xezerxeber.az-a "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.

Qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 19 iyun 2020-ci il tarixli 207 nömrəli Qərarına dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2020-ci il tarixli 236 nömrəli "Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 2.2 bəndinə uyğun olaraq, Bakı metropolitenində 2020-ci il 4 iyul saat 00:00-dan 2020-ci il 20 iyul saat 06:00-dək sərnişindaşıma fəaliyyəti dayandırılır.

© xezerxeber.az

FOTOQALERIYA






289 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR