Prezidentin köməkçisi: "Yaxın 2-3 gün ərzində 190 manatın ödənişinə başlanılacaq"

03.07.2020 17:56

190 manatlıq birdəfəlik ödənişlərlə bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul olunub. 21 iyun tarixindən tətbiq olunan sərt karantində narıncı zonaya aid edilən 8 şəhər və rayonda ödənişlər təmin olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, bu ödənişlərin qısa müddətdə - 2-3 gün ərzində hissə-hissə ödənilməsinə başlanacaq: "Ona görə hissə-hissə ödəniləcək ki, bu ödənişlərin bir qismi bank kartları ilə həyata keçirilir və bankomatların qarşısında müəyyən sıxlıq yaranır. Ona görə də bu ödənişlər hissə-hissə, həmin sıxlığa nəzarət edilməklə veriləcək. O ki qaldı sərt karantinə daxil edilən digər 8 rayona, bu barədə də müzakirələr gedir, bununla bağlı qərar qəbul olunacaq”.

© xezerxeber.az


270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR