TƏBİB məlumat yaydı: 37 nəfər süni tənəffüs cihazındadır

01.07.2020 08:56

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 30-na olan statistik göstəriciləri açıqlayıb.

XəzərXəbər xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 6645 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 482 170 test aparılıb. Onlardan 17 524-nün cavabı pozitiv çıxıb. İndiyədək 213 nəfər COVID-19-dan dünyasını dəyişib, 9715 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 7596 nəfərdir. 182 nəfər reanimasiyada, 37 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 556 yoluxma faktı qeydə alınıb, 7 nəfər dünyasını dəyişib, 346 pasiyent sağalıb.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR