TƏBİB-in şöbə müdiri: Prosesin idarə edilməsinə, itkilərin minimum olmasına çalışırıq

30.06.2020 19:08

"Ölkəmizdə hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, yoluxanların sayının pik həddə çatmasını gözləmirlər: "Biz prosesin idarə edilməsinə, itkilərin minimum olmasına çalışırıq. Bu, çox ciddi xəstəlikdir. Amma biz əlimizdən gələn qədər çalışacağıq ki, xəstəlik pik həddə çatmasın. Tədbirlər elə görüləcək ki, yoluxma nəzarətdə saxlansın və xəstələr müalicə olunsun”.

© xezerxeber.az


230 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR