Azərbaycanda meyitdən bu orqanın götürülməsinə icazə verilir

06.06.2020 14:53

Azərbaycanda meyit üzərində gözün buynuz qişası hər hansı bir icazə və vəsiyyət olmadan transplantasiya məqsədi ilə götürüləcək.

XəzərXəbər xəbər verir ki, bu barədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.

Layihəyə əsasən, gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilər.

Qanun layihəsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR