Azərbaycanda kənd adı dəyişdirilə bilər

04.06.2020 12:01

Şamaxı rayonunda bir kəndin adının dəyişdirilməsi təklif edilir.

Bununla bağlı Milli Məclis yanında Toponimiya Komissiyasına təklif daxil olub.

Şamaxının Saqiyan kəndinin adının dəyişdirilərək, Günəşli qoyulması təklif olunur.

Məsələ Toponimiya Komissiyasının iyunun 8-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

© xezerxeber.az


562 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR