Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Həftəsonu küçəyə çıxmaq tam qadağan olunur

03.06.2020 19:27

"Artıq yoluxanlarla sağalanlar arasında fərq 200-ü keçir. Öncədən müəyyənləşdirilən alqoritmə uyğun olaraq bu fərq 200-ü keçdiyi üçün biz bu müraciəti etdik”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, müraciətlərində cümə axşamından bazar ertəsinə qədər Bakı, Sumqayıt, Gəncə, Abşeron rayonu və Lənkəran şəhərində küçəyə çıxmağın qadağan olunmasını təklif etmişik: "Bu narıncı zonada bu həftə sonu, bəlkə də irəlidəki bir-iki ay ərzində həftə sonları, bayramlarda da tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunmasını təklif etmişik. Bu təklifin detalları müzakirədədir, burada beynəlxalq təcrübədən, o cümlədən Türkiyə və İsrail təcrübəsində var. Təklif Operativ Qərargah tərəfindən qəbul olunub, detallar müəyynələşdirilir”.

R.Bayramlı deyib ki, ictimai və şəxsi nəqliyyat vasitələri tam məhdudlaşdırılacaq. O, insanları həftəsonu üçün zəruri ehtiyaclarını əvvəlcədən əldə etməyi tövsiyə edib. 



© xezerxeber.az


647 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR