Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycan vətəndaşları Monteneqroya karantin tələbi olmadan girəcək

01.06.2020 15:46

Monteneqro bu gündən bütün sərhədlərini açıq elan edib.

AZƏRTAC xəbər verir ki, Monteneqro hökuməti ilkin olaraq vətəndaşlarının karantin tələbi olmadan gələ biləcəyi ölkələrin siyahısını açıqlayıb. Bu ölkələr arasında Azərbaycan da var.

Seçilən ölkələrdə koronavirusa yoluxma əmsalı hər 100 minə maksimum 25 təşkil etməlidir. Siyahı hər həftə yenilənəcək.

İlkin olaraq Monteneqroya karantin tələbi olmadan Sloveniya, İslandiya, Xorvatiya, Slovakiya, İsveçrə, Albaniya, Avstriya, Norveç, Monako, Kosovo, Almaniya, Yunanıstan, Macarıstan, Danimarka, Latviya, Litva, Estoniya, İsrail və digər ölkələrin vətəndaşları daxil olacaq.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR