Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Müdafiə Nazirliyi: Düşmənlə danışmağın yeganə dili silah gücüdür

31.05.2020 13:24

Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək.

Bu barədə xezerxeber.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq: "Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır!".

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR