Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda icra başçısı koronavirusa görə karantinə alındı - RƏSMİ

25.05.2020 17:36

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşlarının karantinə alınması xəbərlərinə aydınlıq gətirib.

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib.

"Testin nəticəsinə əsasən, analiz bir nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib.

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir”, - deyə TƏBİB rəsmisi qeyd edib.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR