Tələbələrə ŞAD XƏBƏR! - Nazir AÇIQLADI

23.05.2020 13:08

İyun-iyul aylarında tələbələr yay imtahanı sessiyasında iştirak edəcəklər. Ancaq hansısa tələbə müəyyən səbəblərdən özünü hazır hiss etmirsə, bu sessiyada iştirak etməkdən imtina edə bilər.

XəzərXəbər trend-ə istinadən xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, bu halda həmin tələbələr üçün avqustun sonunda və sentyabrın ilk 15 günü ərzində yenidən imtahan sessiyası təşkil olunacaq:

"Ali təhsil müəssisələrinin belə bir öhdəliyi var ki, onlar həmin imtahanlardan 3-4 həftə əvvəl tələbələr üçün məsləhət saatları təşkil edəcək, əsas mövzular üzrə izahatlar verəcəklər. Buna görə tələbələrdən hər hansı ödəniş alınmayacaq. Əvvəlki illərdən fərqli olaraq, bu il tələbələr imtahan sessiyasıyalarında iştirak üçün iki dəfə şans veriləcək”.

Nazir əlavə edib ki, iyun-iyul aylarında keçiriləcək imtahanda iştirak etməyən tələbələr iyunun 5-dək ali məktəblərə müraciət edib növbəti imtahan semestri başlayanadək – şərti olaraq, ikinci imtahan sessiyasındakı imtahanlarda iştirak edəcəkləri barədə məlumat verməlidirlər.

© xezerxeber.az

FOTOQALERIYA






417 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR