Kamran Əliyevdən sürücülərlə bağlı MÜHÜM AÇIQLAMA

23.05.2020 12:23

Yol polisi karantinin aradan qaldırılmasından sonra müddəti bitmiş sürücülük vəsiqələrinə görə cərimələrin toplanması barədə avtomobil sahiblərinə xəbərdarlıq edib.

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə xəbərdarlıq edərək bildirib ki, müddəti keçmiş sürücülük vəsiqəsi olan şəxslərə karantin məhdudiyyətləri zamanı verilən güzəşt müddəti 31 may 2020-ci il tarixində başa çatır. Bu tarixə qədər köhnə sürücülük vəsiqələrinin ASAN xidmət və "ASAN Kommunal"da yeniləri ilə əvəzlənməsini başa çatdırmaq lazımdır. Avtomobili müddəti başa çatmış sürücülük vəsiqələri ilə idarə şəxslər cərimələnəcək.

Avtomobillərin texniki baxışının nə vaxt bərpa ediləcəyi və mayın 31-dək texniki baxışdan keçməmiş şəxslərin cərimə olunub-olunmayacağı maraqlı məqamlardandır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu barədə ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb. Kamran Əliyev həmçinin sürücülərə karantin rejimi bitdikdən sonra avtomobillərini texniki baxışdan keçirmələri üçün imkan veriləcəyini bildirib:

"Bu barədə ictimaiyyətə məlumat verəcəyik. Hələki texniki baxışa görə müddət müəyyən etməmişik. Bu vaxt karantin rejiminin sonuna qədərdir. Bildirək ki, hətta karantin rejimi bitdikdən sonra da sürücülərə öz avtomobillərini texniki baxışdan keçirə bilməsi üçün vaxt veriləcək. Hazırda kim imkan var, gedib texniki baxışdan keçə bilər. Bu gün kifayət qədər sürücü texniki baxışdan artıq keçib".

© xezerxeber.az


589 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR