Azərbaycanda indiyədək koronavirusa yoluxan və ölən tibb işçilərinin sayı açıqlanıb

22.05.2020 17:22

Respublika üzrə ümumən tibb işçiləri arasında 681 nəfərdə yoluxma halı qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, Operativ Qərargah ötən həftə ərzində pandemiya ilə mübarizə istiqamətində əks-epidemik tədbirlərini davam etdirib, müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

R.Bayramlı qeyd edib ki, bu gün 106 nəfərdə koronavirusa yeni yoluxma faktı aşkar edilib. Ümumilikdə bu günədək 3 855 yoluxma faktı olub, 2 399 nəfər isə sağalaraq evə göndərilib.

O əlavə edib ki, bu, ümumi yoluxma hallarının 18 faizini təşkil edir. Onların əksəriyyəti tibb işçiləri olub. Həmçinin 537 nəfər tibb işçisi sağalıb, digərlərinin müalicəsi davam etdirilir. Bu günədək tibb işçilərindən 4 nəfər ölüb.

© xezerxeber.az

FOTOQALERIYA






181 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR