Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Virtual hakaton 40-dan çox ölkədən 600 müraciətçini koronavirusla mübarizə üçün bir araya gətirir

10.04.2020 15:21

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və "SUP.VC” aprelin 10-12də koronavirusla mübarizə məqsədilə texnoloji həlləri ortaya çıxarmaq üçün Qlobal Virtual Hakaton təşkil edir.

BMT-nin İnkişaf Proqramından AZƏRTAC-a bildirilib ki, qısa müddətdə elan olunmasına baxmayaraq, hakatona 5 qitə və 45-dən çox ölkədən 600-dən çox nəfər müraciət edib. Müraciət edənlər Türkiyə, Fransa, Almaniya, İran, Çin, Pakistan, Birləşmiş Krallıq, Avstraliya, ABŞ, Kanada, Hindistan, Braziliya, Çili, Nigeriya və daha bir çox ölkənin vətəndaşlarıdır.

Onlayn şəkildə keçiriləcək hakatonun tərəfdaşları SOQAR AQS, Məlumat Hesablama Mərkəzi, "Paşa Bank”, Azərbaycan Turizm Bürosu, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD, Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Hakatonun beynəlxalq dəstəkçiləri qismində isə "Amazon” Veb Xidmətləri, "Meout” təşkilatı, "Startup Grind Tbilisi”, "Start-Ist”, Avropa Startap Şəbəkəsi, "Hackquarters”, "Tekwill” və "Astana Hub” kimi təşkilat və şirkətlər yer alır. Hakaton təhsil, səhiyyə, bizneslərə dəstək, turizm, məlumatlılığın artırılması və gündəlik xidmət tələbatlarının qarşılanması, sosial-humanitar, ətraf mühit kimi sahələrdə cari pandemiya ilə əlaqədar yaranmış təsirləri və fəsadları aradan qaldıran texnoloji həlləri bir araya yığmağı hədəfləyir. Qaliblər aprelin 12-də, günün ikinci yarısında elan ediləcək və mükafat olaraq I yerin sahibinə 5000 ABŞ dolları, II yerin sahibinə 3000 dollar, III yerin sahibinə isə 2000 dollar veriləcək.

Daha ətraflı məlumat üçün "www.hackcov19.com” vebsaytına daxil ola bilərsiniz.

© xezerxeber.az

FOTOQALERIYA






122 dəfə oxunub

ÇOX OXUNANLAR