Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Karantində olan şəxslərin saxlanıldığı yerlər açıqlandı

08.04.2020 21:25

"Bakıda və regionlardakı gömrük-keçid məntəqələrinə yaxın olan bütün hotellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı istirahət mərkəzləri, xüsusilə də Nabrandakı istirahət mərkəzləri karantin üçün ayrılıb".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri qeyd edib ki, şimalda karantin üçün yer olmayanda onları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayırdığı avtobuslar vasitəsilə cənubdakı hotellərə aparılır: "Logistika planı var və bu plana uyğun da hərəkət edirik. Qərb, şimal və cənubda bütün 3, 4 və 5 ulduzlu hotellərə ayrılıb".

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

05.06.2020 09:44

Bu gün hava necə olacaq?

ÇOX OXUNANLAR