Azərbaycanda tibb işçiləri arasında koronavirusa yoluxma mövcuddur - RƏSMİ

08.04.2020 19:17

"Tibb işçiləri arasında yoluxma halları mövcuddur. Pandemiya xəstəxanasında baş verən bir halımız var”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu hallar pandemiya ilə məşğul olmayan xəstəxanalarda baş verib:

"Asimtomatik pasiyentlər digər patologiyalarla müraciət edir. Tibb müəssisəsindəçalışan, xüsusilə orta tibbi personal işinə düzgün yanaşmadıqda belə hallar baş verir. Tibb işçilərinin özləriniqoruması üçün təlimatlar hazılamışıq”.

Sədr qeyd edib ki,tibb işçilərini risklər gözləyir:

"Tibb işçiləri arasında yoluxma hallarının sayı digər ölkələrlə müqayisədə çox deyil. Pandemiya xəstəxanaları lazımi vasitələrlə təhciz olunub. Başqa xəstəxanalarda olan çatışmazlıqlar da aradan qaldırılır”.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR