Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda daha 19 nəfər koronavirusdan sağaldı - RƏSMİ

08.04.2020 18:00

"Azərbaycanda 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Virusdan ölənlərin sayı səkkiz nəfərdir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, bu rəqəmlərin içərisində Naxçıvanda aşkar olunan hallar da var:

"Bu gün 19 nəfər sağalaraq evə yola salınıb. Ümumilikdə ölkədə 822 nəfər koronavirusa yoluxub. Ümumi sağalanların sayı 63 nəfərdir.

Ümumilikdə 750 nəfər aktiv koronavirus xəstəsi var.Bu günə qədər 53 mindən artıq test icra olunub. Ötən günlərlə müqayisədə, yoluxma hallarının sayı artır”.

© xezerxeber.az


196 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR