Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Prezidentin köməkçisindən xaricdəki azərbaycanlılarla bağlı AÇIQLAMA

08.04.2020 17:39

"Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 mindən artıq vətəndaş ölkəyə gətirilib”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, onlar dövlət tərəfindən maliyyələşdirilən çarter reysi ilə ölkəyə gətirilib:

"Xaricdəki vətəndaşların ölkəyə gətirilməsində müəyyən çətinliklər olmuşdu. Yaranmış vəziyyətlə bağlı həmin vətəndaşlara göstərdikləri təmkinə, anlayışa görə təşəkkür edirik. Unutmasınlar ki, dövlət hər zaman öz vətəndaşının yanındadır”.

© xezerxeber.az


106 dəfə oxunub

ÇOX OXUNANLAR