Nazirlər Kabineti rəsmisi karantin rejimində qayda pozuntularından danışdı

08.04.2020 17:22

"Ölkədə icazə rejimi elan olunduqdan sonra da qaydalar pozulur”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bir sutka ərzində xüsusi karantin rejimini pozan 3073 nəfər vətəndaş haqqında inzibati tədbir görülüb:

"12 nəfər həbs edilib, ikiictimai iaşə obyekti işlədən sahibkar həbs edilib. Bir cinayət işi üzrə ikinəfər həbs edilib. Sosial şəbəkələrdə yalan məlumat yayan birnəfər həbs olunub, birnəfərin haqqında inzibati tədbir görülüb. Eyni zamanda, saxta jurnalist vəsiqəsi hazırlayan iki nəfər saxlanılıb”.

© xezerxeber.az


81 dəfə oxunub

ÇOX OXUNANLAR