İbrahim Məmmədov: “Ölkədə beş milyona yaxın tibbi maska ehtiyatı yaradılıb”

08.04.2020 17:18

"Bu gün ölkədə beşmilyona yaxın tibbi maska ehtiyatı yaradılıb. Apteklərə 450 minə yaxın tibbi maska buraxılır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, gün ərzində 100 mindən artıq tibbi maska satılır:

"Eyni zamanda, Koronavirusla Mübarizəyə Dəstək Fonduna bu günə olan məlumata əsasən, 110 milyondan artıq vəsait toplanıb. Koronavirusla mübarizədə lazım olantibbi vasitələr ölkəyə gətirilib, ölkədə tibbi maska istehsalına başlanılıb”.

© xezerxeber.az


130 dəfə oxunub

ÇOX OXUNANLAR