Nazirdən koronavirusa görə birdəfəlik ödəmələrlə bağlı AÇIQLAMA

07.04.2020 18:41

"Sosial şəbəkələrdə 190 manat birdəfəlik ödəmə ilə bağlı qeyri-ciddi məlumatlar paylaşılır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixli sərəncamına əsasən, məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər mövzusundakı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, birdəfəlik ödəmə sosial təminatdan kənarda qalan insanlara, ailələrə dəstək verilməsi məqsədilə ödəniləcək:

"Əgər bir ailədənbir nəfərin əmək müqaviləsi varsa, o ailədən kimsə birdəfəlik yardım almayacaq. Burada şərtlər məlumdir ki, işsiz şəxslərə verilir”.

S.Babayev qeyd edib ki, elektron sistemə daxil olan hər bir müraciət yoxlanılır:

"İki gün ərzində qəbul edilən müraciətlərdən 60 faizi haqqı olmayan insanların müraciətidir.
Əmək müqaviləsi ilə çalışan, sahibkarlıqla məşğul olanlar, tələbələr birdəfəlik ödəmə ala bilməz”.

© xezerxeber.az


271 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR