Azərbaycanda koronavirusa daha 63 yoluxma faktı qeydə alınıb

05.04.2020 15:18

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına daha 63 yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






215 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR