Koronavirusa yoluxma halları artır, fövqəladə vəziyyət elan oluna bilər

02.04.2020 12:28

"Artıq koronavirusa yoluxma halları artır”.

Xezerxeber.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir: "Cəmi 46 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR