Kommunal ödənişlərlə bağlı ŞAD XƏBƏR - Nazir açıqladı

31.03.2020 21:54

Koronavirus pandemiyası səbəbiylə Azərbaycan əhalisinin maddi vəziyyətinin dəstəklənməsi üçün hazırlanan sosial paketdə kommunal ödənişlərlə bağlı məsələ də var.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən məruzəsində deyib.

"Doqquzuncu proqramın istiqaməti əhalinin kommunal ödənişlərə, ilk növbədə, elektrik enerjisinə mövsümü nəzərə alaraq dəstək proqramıdır. Sizin tapşırığınızla biz bunu təhlil etmişik ki, insanlar evdə daha çox vaxt keçirdiyinə görə elektrik enerjisi sərfiyyatı artır. Burada biz limitlərin genişləndirilməsini diqqətinizə təqdim edəcəyik” - deyə nazir bildirib.

© xezerxeber.az


8359 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR