Gürcüstanda aşkar olunan koronavirusun Azərbaycandan gətirilmədiyi təsdiqləndi

24.03.2020 18:22

Mart ayının 23-dən etibarən Gürcüstan hökuməti Marneuli və Bolnisidə karantin rejimi tətbiq edib. Qərar koronavirusa yoluxmuş Marneuli sakni bir qadının ağır vəziyyətdə Tbilisiyə çatdırılmasından sonra verilib.

Mütəxəssislər yoluxmanın Azərbaycandan gələn qonaqlar da daxil olmaqla, bir neçə yüz adamın qatıldığı yas mərasimində baş verdiyini düşünür.

Məsələ ilə bağlı Oxu.Az-a Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib ki, virusun Azərbaycandan gələn qonaqların birindən keçməsi ehtimalıtəsdiqini tapmayıb:

"Koronavirusa yoluxmuş şəxs əslən azərbaycanlı olanGürcüstan vətəndaşıdır. Bir müddət əvvəl həmin ailənin Azərbaycandan qonaq qəbul etməsi barədə məlumat yayıldı. İddia edilirdi ki, yoluxma məhz Azərbaycandan gələn şəxs vasitəsilə baş verib. Lakin müvafiq analizlər Azərbaycandan gələn şəxsdə koronavirus olmadığını sübut etdi.

Yoluxma ölkə daxilində baş vermişdi. Virus aşkarlandığı üçün qadın və təmasda olduğu ailə üzvləri, eləcə də, Azərbaycandan gələn bacısı nəzarətə götürülüb”.

© xezerxeber.az


175 dəfə oxunub

ÇOX OXUNANLAR