TƏBİB Bakıdan Belarusa gedən iranlı tələbədə koronavirus aşkarlanmasına münasibət bildirib

28.02.2020 19:16

TƏBİB Bakıdan Belarusa təyyarə ilə gedən iranlı tələbədə koronavirus aşkarlanması məsələsinə münasibət bildirib.

Xezerxeber.az-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva qeyd edib ki, həmin şəxs sərhədi keçəndə onda xəstəliyin heç bir əlaməti aşkarlanmayıb, temperaturu da normal olub: "Bu cür xəstəliklərdə kəskin başlanma ola bilir, yəni yavaş-yavaş başlamır. Sərhəddə insanları yoxlayanda bəzən narazılıq edirlər, amma insanlar nə qədər yoxlanılsalar, xəstəlik riski az olar. İnsanlar həddindən artıq çox gedib-gəlirlər. İnsanların özündə də bir düşüncə olmalıdır ki, xəstəlik olan yerlərə getməsinlər”.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR