Koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur

28.02.2020 18:15

Azərbaycanda koronavirusa yoluxan şəxsin vəziyyətində ağırlaşma yoxdur. 

Xezerxeber.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, koronavirus aşkarlanan şəxsin durumu stabildir, vəziyyətində ağırlaşma yoxdur: "O karantin məntəqəsinə aparılıb. Hazırda xüsusi boks şəraitində saxlanılır”.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVID-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub.

© xezerxeber.az


155 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR