Daha bir məntəqədə seçkinin nəticələri ləğv edildi

24.02.2020 18:04

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Mütəllim Rəhimovun müraciətinə baxılıb.

Xezerxeber.az-ın məlumatına görə, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

R.İbrahimov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairədə 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb.

MSK şikayəti qismən təmin edib və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinin 21 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsində lider namizəd Ülviyyə Ağayevadır.

© xezerxeber.az


226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR