Seçki qutuları xaricdə istehsal olunur – MSK sədri

19.02.2020 18:18

Seçki qutuları Azərbaycanda deyil, xaricdə istehsal edilir. Onun ölçüsünü biz müəyyən etmirik.

Bunu MSK sədri Məzahir Pənahov bildirib: "Seçki qutuları beynəlxalq standartlara uyğun şəkildə xaricdəki müəyyən şirkətlər tərəfindən istehsal olunur. Beynəlxalq qurumların nümayəndələri də bilirlər ki, həmin seçki qutuları xaricdə istehsal olunur”.

MSK sədrinin sözlərinə görə, bəzən qutularla bağlı irad bildirilir ki, bu da əsassızdır: "Seçki qutularının ölçüsü parlament, prezident seçkisində, referendum və bələdiyyə seçkilərində fərqli olur. Bələdiyyə seçkisində namizədlərin adları çox olduğu üçün seçki qutusunun həcmi də böyük olur”.

© xezerxeber.az


146 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR